“Axios”: İran və ABŞ müharibəni bitirməyə yaxındır

ABŞ və İran müharibəyə son qoymaq üçün bir səhifəlik memorandum imzalamağa yaxındır.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.

Mənbənin fikrincə, ABŞ-nin Hörmüz boğazında “Azadlıq Layihəsi” əməliyyatını dayandırmaq qərarı danışıqlardakı irəliləyişlə əlaqəlidir.

Mümkün memorandum ABŞ-nin 14 maddəlik planına əsaslanır və bu, regionda hərbi əməliyyatların dayandırılmasını və Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin bərpasını, İranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi perspektivləri ilə bağlı 30 günlük danışıqlar dövrünün başlanmasını nəzərdə tutur.