
Aydın Sezer: Türkiyə həmişə Fələstin dövlətinin bir gün yaradılacağını söyləyir
11:12 07.01.2025
Dünya
466
Müstəqil, suveren və ərazi bütövlüyü olan Fələstin dövləti mütləq qurulacaq. Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan qeyd edib ki, ölkəsi Qəzza əhalisinin yükünü yüngülləşdirmək üçün tam səfərbərlik ruhu ilə çalışır.
Bu kimi açıqlamalarla daim Türkiyə cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Hər iki ölkə Fələstin dövlətinin qurulmasında maraqlıdır. Qeyd edək ki, 15 noyabr 1988-ci ildə qurulmuş Fələstin dövləti rəsmi olaraq Fələstin Azadlıq Təşkilatı (FAT) tərəfindən idarə olunur və Şərqi Qüds də daxil olmaqla 1967-ci il müharibəsindən bəri İsrailin hakimiyyəti altında olan İordan çayının qərb sahilinin və Qəzza zolağının öz ərazisi olduğunu iddia edir. Eyni zamanda 1947-ci ildə BMT Baş Assambleyası Fələstin ərazisində ərəb və yəhudi dövlətinin yaradılmasına dair qətnamə qəbul edib. Müfaviq olaraq, 1948-ci il mayın 14-də müstəqil İsrail Dövlətinin yaradılması elan olundu. Lakin Fələstin hələ də özünün müstəqil dövlətini yarada bilməyib.
Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a bildirib ki, Rəcəb Tayyib Ərdoğan hər fürsətdə Qəzza bölgəsindəki faciəni gündəmə gətirir:

“Eyni zamanda Türkiyənin hər zaman Qəzza xalqının yanında olduğunu vurğulayır. Türkiyənin Qəzza və Həmasa yönəlik yanaşması və İsrailə qarşı siyasəti rəsmi Ankaranın Yaxşı Şərq sülh prosesindən xaric edilməsini də özüylə gətirdi. Lakin Türkiyə əvvəllər İsrail üzərində çox önəmli çəkiyə malik idi və iki ölkə münasibətləri normal haldaydı. Hətta 2009-2010-cü illərdə Türkiyə Suriya və İsrail arasında vasitəçilik edirdi. Ancaq daha sonra İsraillə gərginləşən əlaqələr çərçivəsində münasibətlər tamamilə kəsilmiş vəziyyətdədir. Türkiyə həmişə Fələstin dövlətinin bir gün yaradılacağını söyləyir. Əslində Türkiyədəki daxili siyasətlə əlaqədar gündəliyin yaradılması da bu sahədə rəsmi Ankaranın iqtisadi böhranını arxa plana atılır. Türkiyədə dini rəhbər edərək siyasət yürüdənlər arasında Fələstin mövzusu çox vacib məsələdir. Sözügüdən açıqlamanın praktik olaraq Qəzza və Fələstin xalqına müəyyən xeyri yoxdur və daxili siyasətə hesablanan addımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə