“İsrail düşmənləri ilə mübarizədə harada lazım gələrsə, zərbə endirəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.
“Times of Israel” bu açıqlamanı İrana qarşı yeni hücumun zəruriliyinə işarə kimi qiymətləndirib.
Zamir qeyd edib ki, ölkəsinin mümkün hücumları həm yaxın, həm də uzaq cəbhələrdə həyata keçirilə bilər.
İsraillə İran arasında davam edən qarşıdurmaya toxunan Baş Qərargah rəisi əlavə edib ki, İrana qarşı aparılan kampaniya İsrail tarixinin ən uzun və ən mürəkkəb müharibəsinin mərkəzində dayanır.
“İran İsrail ətrafında təzyiq həlqəsini maliyyələşdirib və silahlandırıb, onun məhv edilməsi planlarının mərkəzində dayanır”, - Eyal Zamir vurğulayıb.