
Bayden Ukraynada: "Bu, Amerikanın Rusiyaya mesaj idi"
Yusif Nəzərli
09:34 22.02.2023
Dünya
453
ABŞ mesaj verir ki, Ukrayna yalnız deyil və Vaşinqton bütün imkanları ilə Kiyevin yanındadır
ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfəri Rusiya Federasiyası üçün qeyri-adi hadisə deyil. Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya Baydenin Kiyevə səfərini diqqətlə izləyib. Kremlin sözçüsü Putinin bu gün Baydenin Polşadakı çıxışını şəxsən izləməyəcəyini, ona əsas tezislər barədə məlumat veriləcəyini qeyd edib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov isə bildirib ki, Rusiya Baydenin Kiyevə səfəri zamanı ona təhlükəsizlik zəmanəti verməyib:
"ABŞ Rusiyanı Baydenin Kiyevə səfəri barədə diplomatik xətt vasitəsilə xəbərdar edib. Biz onun təhlükəsizliyinə zəmanət verməmişdik". FTX rəhbəri qeyd edib ki, Rusiya ilə ABŞ arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlıq davam edir və bu, ilk növbədə beynəlxalq terrorizmlə mübarizə məsələlərinə aiddir. "Bu əməkdaşlıq var, amma təbii ki, əvvəlki səviyyədə deyil, ona görə də bundan heç kim qazanmır. Hamı münasibətlərin davam etdirilməsində maraqlıdır".
Rusiya XİN sözçüsü Mariya Zaxarova da Baydenin Kiyevə səfərini şərh edib. XİN rəsmisi qeyd edib ki, Ukrayna lideri Volodimir Zelenski Gürcüstanın həbsdə olan eks-prezidenti Mixeil Saakaşvilinin taleyi ilə üzləşəcək:
"Bayden və Zelenskinin görüşünə baxanda əvvəlki Amerika layihələrinin taleyini unutmayaq. Saakaşvilinin, Quaidonun taleyi həyatını amerikalılara satanların hamısını gözləyir. Dünya Mişanın çarpayısına qədər belə gedə bilməməsinin görüntülərini izlədi. Lakin onların CNN-in əlinə necə düşdüyü məlum deyil. Bəs bu lenti kim fırladır? Cavab ABŞ-dən gəldi. “Röyters” ABŞ Ədliyyə Nazirliyinin məlumatlarına əsaslanaraq araşdırmasını dərc edib. Məlum olub ki, Saakaşvilinin vəkili Massimo Di Ancelo “təsadüf” nəticəsində ABŞ-nin “Akerman” lobbi qrupunun üzvüdür. Saakaşvili Qərbin işləyib hazırladığı materialdır”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə deyib ki, Baydenin Ukraynaya gəlişi son ana qədər məxfi saxlanılıb. Politoloq vurğulayıb ki, Baydenin Putinin açıqlamalarından bir gün öncə Kiyevə səfəri təsadüfi deyil:
"Baydenin Ukrayna səfəri Amerikanın Rusiyaya verdiyi açıq mesaj idi. ABŞ mesaj verir ki, Ukrayna yalnız deyil və Vaşinqton bütün imkanları ilə Kiyevin yanındadır. Amerika rəhbərinin indiki məqamda Ukraynaya səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsindən xəbər verir. Məlumatlar yayılır ki, Ukrayna hərbçiləri ABŞ-nin Böyük Britaniya, Almaniya və Polşadakı hərbi bazalarında təlimlər keçirlər. Bu təlimlərdə ukraynalı hərbçilər Qərbin, əsasən ABŞ-nin verdiyi silah-sursatlardan istifadə edirlər. Baydenin Ukrayna səfəri ilə 2005-ci ildə Corc Buşun Gürcüstana səfəri arasında müəyyən oxşarlıq da var. Bir məqamı unutmayaq ki, Buş 2008-ci ildə baş vermiş Gürcüstan-Rusiya müharibəsindən üç il qabaq Tbilisiyə səfər edib. Lakin Bayden müharibə gedən bir ərəfədə Ukraynaya səfər reallaşdırıb. ABŞ rəhbərinin öz açıqlamasında sonadək Ukraynanın yanında olacağını vurğulaması və "Ukrayna mütləq qalib olacaq" ifadəsini işlətməsi çox önəmlidir. Bu da çox ciddi mesajdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region