Baydeni Çinin qüdrəti narahat edir! – "Rəsmi Pekini durdurmaq çətindir”
Yusif Nəzərli
09:46 27.02.2023
Dünya
473
“Ağ Ev sahibi bu ay Konqresdə çıxış edərək, amerikalıları narahat edən mövzular barədə fikirlərini bildirib. Bayden çıxışının əsas hissəsini daxili problemlərə həsr edib. Bayden inflyasiya ilə mübarizənin vacib olduğunu söyləyib. Co Bayden Amerikada yanacağın qiymətinin yüksək olmasını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirib”.
Bu sözləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, ABŞ prezidenti Co Bayden siyasi fəallığını artırıb:
“Bayden xarici təhlükələrdən danışarkən Çinə daha çox vaxt ayırıb. Onun çıxışında Rusiya-Ukrayna müharibəsi Çin təhlükəsi qədər yer almayıb. Buna baxmayaraq, Bayden Ukrayna qələbə qazana qədər Kiyevi dəstəkləyəcəyini söyləyib. Təsadüfi deyil ki, Baydenin Konqresdəki çıxışına dinləmək üçün Ukraynanın ABŞ-dakı səfiri parlamentə dəvətli idi. Bayden bu mövzunun davamı kimi Kiyevə səfər edib Ukraynaya dəstəyini artıracağını bildirdi”.
Politoloq qeyd edib ki, ABŞ-da növbəti prezident seçkisi 2024-cü ildə keçiriləcək və Bayden seçkiyə qatılıb-qatılmayacağı barədə hələ qərar verməyib:
“80 yaşlı Bayden üçün növbəti prezident seçkisi kampaniyası çətin olacaq. O seçkidə iştirak etmək üçün mükəmməl səhhətə malik olmalıdır. Bayden haqqında bunu söyləmək çətindir, onun yaddaş problemləri mövcuddur. O Konqresdə çıxış edərkən senator Çak Şumeri Senatdakı azlığın lideri adlandırıb. Halbuki, ötən ilin noyabr seçkilərinin nəticələrinə görə, Şumer çoxluğun lideridir. Digər tərəfdən Baydeni Çinin artan qüdrəti narahat edir.
Bayden deyib ki, Çin iqtisadi və hərbi gücünü o Ağ Evə gəlməzdən əvvəl gücləndirib. Yəni Baydenin sözlərindən belə çıxır ki, guya o Ağ Evdə daha əvvəl olsaydı, Çinin gücünün artmasına mane olardı. Halbuki, ondan əvvəlki prezident Donald Tramp Çinə qarşı mübarizədə Baydendən daha sərt addımlar atmışdı. Tramp Çinə qarşı sanksiyalar tətbiqini gücləndirmişdi. Buna baxmayaraq, Bayden Çinin ABŞ-ı üstələməyəcəyini bildirib.
Onun bu sözləri Konqresdə həm demokratlar, həm də respublikaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı. Ancaq Çini durdurmaq çətin vəzifədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm