Belçikanın fransızdilli Valoniya-Brüssel Federasiyasında müəllim həmkarlar ittifaqları hökumətin təhsil sahəsində planlaşdırdığı qənaət tədbirləri və islahatlara etiraz olaraq tətil elan edib.
Sherg.az xəbər verir ki, müəllimlər dərs yükünün artırılmasına, bəzi təhsil xərclərinin azaldılmasına və iş şəraitinə dair yeni qaydalara qarşı çıxırlar. Onlar yeni dəyişikliklərin daha çox işləməyə və daha az hörmət görməyə səbəb olacağını bildirirlər.
Federasiya hökuməti isə tədbirlərin büdcə kəsirinin azaldılması və dövlət xərclərinə nəzarət üçün zəruri olduğunu açıqlayıb.