Blinken ABŞ-nin Ukraynaya lend-liz çərçivəsində silah vermədiyini bildirib
Yusif Nəzərli
19:29 23.03.2023
Dünya
641
ABŞ Ukraynaya silah və hərbi texnikanın tədarükü üçün mövcud lend-liz mexanizmindən istifadə etmir.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken bildirib.
“Hələlik bu konkret səlahiyyətlərdən istifadənin zəruri hesab edildiyinə dair məlumatım yoxdur”, - ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində Vaşinqtonun lend-liz üzərində Kiyevə silah ötürüb-ötürmədiyinə dair sualı cavablandırarkən xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Blinken xatırladıb ki, Ukrayna təkcə ABŞ-dən deyil, digər Qərb ölkələrindən də “çox əhəmiyyətli” hərbi yardım alır. Dövlət katibi aydınlıq gətirib ki, ABŞ-nin tədarükü “əsasən ABŞ Müdafiə Nazirliyinin mövcud hesablarındakı vəsaitlərin ödənilməsi hesabına” həyata keçirilir.
“Bundan başqa, birbaşa tədarüklər və digər mexanizmlər var. Lakin əsas diqqət ABŞ Müdafiə Nazirliyinin hesablarından vəsaitlərin xərclənməsidir”, - Blinken əlavə edib.
Xatırladaq ki, ABŞ prezidenti Cozef Bayden Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək üçün ötən ilin mayında Ukraynaya lend-liz üzərindən silah tədarükü haqqında qanun layihəsini imzalayıb.
Qanun ötən il oktyabrın 1-dən qüvvəyə minib.
İkinci Dünya müharibəsi zamanı yaradılmış lend-liz proqramı müharibənin gedişində dönüş nöqtəsi hesab olunub, çünki o, ABŞ-yə vaxt aparan prosedur əngəllərini aşaraq müttəfiqlərini tez bir zamanda təchiz etməyə imkan verib.
Demokratlar və Respublikaçılar partiyalarından olan bir qrup konqresmen sənədi ötən il yanvarın sonunda - Rusiyanın Ukraynanı işğal etməyə başlamazdan əvvəl Moskvanın hərbi müdaxiləyə hazırlaşdığı barədə mətbuatda xəbərlər yayıldıqdan sonra yuxarı palataya təqdim edib.
Sənədə əsasən, münaqişə (münaqişə dedikdə qanun layihəsinin müəllifləri 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra Moskva ilə Kiyev arasında münasibətlərdə baş verənləri nəzərdə tuturlar) yekunlaşarsa və Rusiya qoşunlarının sayının 2021-ci ilin mart ayındakı dövrə endirilərsə, Amerika liderinin genişləndirilmiş səlahiyyətlərinin müddəti başa çatacaq. Qanunda qeyd olunub ki, Rusiyadan həyata keçirilən və Ukraynanın mühüm infrastrukturuna yönəlmiş kiberhücumlar silahlı hücum kimi təsnifləşdirilir.
Qeyd edək ki, lend-liz ABŞ-nin İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-nin müttəfiqlərinə köçürülüb. Bunun, təxminən, 11 milyard dolları SSRİ-nin payına düşüb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual