BMT BA-nın Prezidenti: “Bu çətin dövrdə insanın dünyaya təsiri misilsizdir”
Yusif Nəzərli
08:57 02.03.2023
Dünya
498
“Bu çətin dövrdə insanın dünyaya təsiri misilsizdir. Eyni zamanda, COVID-19 pandemiyası ilə bağlı problemlər bugünkü tədbiri xüsusilə vacib edir”.
"Report" xəbər verir ki, bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Çaba Koroşi Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışı zamanı deyib.
"COVID müasir səhiyyənin ən böyük problemidir. Onun öhdəsindən gəlməyin yeganə yolu qüvvələri birləşdirmək və həmrəylik prinsipinə sadiq qalmaqdır", - o bildirib.
Çaba Koroşinin sözlərinə görə, Qoşulmama Hərəkatının təşəbbüsü sayəsində hər kəsin COVID-19 peyvəndlərinə çıxışını təmin etmək üçün birgə səylərin nə qədər vacib olduğunu görmək mümkün oldu.
O qeyd edib ki, pandemiya ilə mübarizədə bütün dünyada həyata keçirilən tədbirlər, o cümlədən, sərhədlərin bağlanması kifayət deyil. Pandemiya göstərdi ki, bu vəziyyətdən yeganə çıxış yolu “təkcə öz sərhədlərimiz daxilində deyil, ondan kənarda da həmrəy” olmaqdan keçir.
Yaşıl transformasiya mövzusuna toxunan Çaba Koroşi Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) əhəmiyyətini vurğulayıb.
"DİM-lərə nail olmaq heç vaxt bu qədər zəruri olmayıb”, - o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət