BMT rəhbəri "Taliban"ı verdiyi vədlərə əməl etməyə çağırıb
Yusif Nəzərli
18:50 11.10.2021
Dünya
403
"Taliban”ın əfqan qadınların və uşaqların hüquqlarını qorumaq vədlərini yerinə yetirməməsindən dərin narahatlığımı ifadə edirəm. “Taliban”ı beynəlxalq insan hüquqları və humanitar qanunlar üzərindəki öhdəliklərini yerinə yetirməyə, qadın və qızlara verdiyi sözlərə əməl etməyə çağırıram”.
“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri BMT baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı mənzil qərargahında jurnalistlərə açıqlamasın deyib. Əfqanıstanda humanitar böhranın artdığını qeyd edən baş katib əhalinin yarısının, təxminən 18 milyon insanın bundan təsirləndiyini bildirib: “Taliban” ölkəni nəzarətə götürdükdən sonra ölkənin qaynaqlarını dondurub və inkişaf yardımları dayandırılıb. Əfqanıstanda iqtisadiyyat çökmə həddinə çatıb, iqtisadiyyata yenidən nəfəs almaq üçün yollar axtarmalıyıq”.
Əfqanıstan iqtisadiyyatının 80 faizinin qeyri-rəsmi olduğunu vurğulayan A.Quterreş bildibi ki, qadınlar olmadan Əfqanıstan iqtisadiyyatını və cəmiyyətini bərpa etmək mümkün deyil: “İqtisadi çöküşün qarşısını almaq üçün iqtisadiyyata likvidlik təmin edilməlidir və bunu beynəlxalq qanunları pozmadan və ya güzəştə getmədən edilə biləcəyini vurğulayıram. Biz Əfqanıstana kömək etməsək, bunun bədəlini bütün dünya ödəyəcək. Əfqanlara kömək etmək üçün dərhal hərəkətə keçməsək, yalnız onlar deyil, bütün dünya ağır bir bədəl ödəyəcək. Qida təminatı, iş yerləri və insan hüquqları olmadan heç bir əfqan o ölkədə yaşamağı seçməyəcək. Əfqanların daha yaxşı həyat üçün ölkədən qaçdığını görürük. Göstəricilər onu deməyə əsas verir ki, yaxın gələcəkdə ölkədə cinayətlər və terrorçuluq şəbəkələri də artacaq. Bu isə təkcə Əfqanıstana deyil, bölgəyə və dünyanın qalan hissəsinə mənfi təsir göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə