BMT: "Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək"
Yusif Nəzərli
15:50 11.02.2023
Dünya
352
Türkiyə və Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 40 mini keçəcək.
“Report” xəbər verir ki, bu fərziyyəni Adanada olan BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits “Sky News”a müsahibəsində irəli sürüb.
“Dəqiq qiymət vermək çox çətindir, çünki dağıntılar hələ təmizlənməyib, lakin əminəm ki, ölənlərin sayı iki və ya daha çox artacaq”, - o deyib.
Qriffits əlavə edib ki, zəlzələ fəsadlarının öhdəsindən gəlmək Suriyaya daha çətin başa gəlir:
“Humanitar nöqteyi-nəzərdən acı həqiqət ondan ibarətdir ki, Suriya xalqının tələbatları ildən ilə artır və, ürəkaçıq ianələrə baxmayaraq, onları təmin edə bilmirik. Nəticədə tam yoxsulluq içində yaşayan Suriya sakinlərinin sayı artır və indi bu, əhalinin 90 %-nə çatır”.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya