Bolqarıstan Hərbi Dəniz Qüvvələri naməlum PUA-nı zərərsizləşdirib.
Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Milli Televiziyasının (BNT) məlumatında deyilir.
Bildirilib ki, PUA Qara dəniz sahilində yerləşən Elenite kurort kompleksinin yaxınlığındakı çimərlikdə aşkar edilib.
Mütəxəssislər dronun ön hissəsində 300 qram partlayıcı maddə olduğunu müəyyən ediblər. Aparat təhlükəsizlik tədbirləri çərçivəsində yerindəcə məhv edilib.