Britaniya parlamentinin aşağı palatası evtanaziya haqqında qanun layihəsini qəbul etmədi

Böyük Britaniya parlamentinin İcmalar Palatası (aşağı palata) ölkədə evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsini qəbul etməyib.

Oxu.Az xəbər verir ki, səsvermənin nəticələri parlamentin televiziya kanalında yayımlanıb.

Hakim Leyboristlər Partiyasının deputatı Loren Edvards tərəfindən təqdim edilən sənədin əleyhinə 286 deputat səs verib, 270 nəfər isə onu dəstəkləyib.

Bundan əvvəl qanun layihəsi 2024-cü ilin oktyabrında İcmalar Palatasına təqdim edilmiş və deputatlar tərəfindən iki dəfə - 2024-cü ilin noyabrında və 2025-ci ilin iyununda dəstəklənmişdi. Lakin daha sonra göndərildiyi Lordlar Palatası (yuxarı palata) mətnə mindən çox düzəliş təqdim etməklə təşəbbüsü faktiki olaraq bloklamışdı. Buna görə də qanun layihəsi apreldə parlament sessiyasının başa çatmasına qədər nəzərdən keçirilməmiş və qüvvədən düşmüşdü.

İyun ayında Edvards qanun layihəsini yenidən təqdim edib və bu sənəd sentyabrın 11-də rədd edilib. Bu, o deməkdir ki, qanun layihəsinə hazırkı formada artıq baxılmayacaq və onun yenidən təqdim edilməsi tələb olunur.