Britaniya Ukraynaya $1 milyarda yaxın vəsait ayırıb

Böyük Britaniya Ukraynaya dondurulmuş Rusiya aktivləri hesabına 752 milyon funt sterlinq (təxminən 1 milyard dollar) vəsait köçürüb.

APA xəbər verir ki, bu barədə Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.

Vəsait Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.