Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir

Böyük Britaniya reaktiv mühərrikli PUA-ları ələ keçirmək üçün nəzərdə tutulan 45 milyon funt sterlinq (59,7 milyon dollar) dəyərində yüngül çoxməqsədli raketlərin Ukraynaya tədarükünü sürətləndirəcək.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya hökuməti məlumat yayıb.

Qeyd edək ki, Böyük Britaniya dünən Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını dayandırıb. Ölkənin maliyyə naziri Con Hilinin Banqkokda Beynəlxalq Valyuta Fondu (BVF) çərçivəsində keçirilən görüşlərdən istifadə edərək, tərəfdaşlarını da analoji qadağanı tam tətbiq etməyə çağıracağı gözlənilir.