Bu yəhudilərə qarşı sanksiyalar tətbiq oluna bilər - Kallas

Avropa Birliyi ölkələri bu gün İordan çayının qərb sahilində zorakılıq törədən yəhudilərə qarşı sanksiyalarla bağlı razılığa gələ bilər.

Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

“Zorakı məskunlaşanlara qarşı sanksiyalar üzrə siyasi razılaşmanın əldə olunacağını gözləyirəm. Ümid edirəm ki, buna nail olacağıq. Təkliflərin qəbul olunması üçün lazım olan səsin toplanıb-toplanmayacağı hələ tam aydın deyil. Macarıstanda hökumətin dəyişməsi bu qərarın irəliləməsinə imkan yarada bilər”, - o bildirib.