ABŞ-nin keçmiş birinci xanımı Cill Bayden bildirib ki, həyat yoldaşı Co Baydenın 2024-cü il seçkilərində namizədlikdən geri çəkilməsi ərəfəsində Demokratlar Partiyasından gələn tənqidlər onları dərindən məyus edib.
Sherg.az-ın məlumatına görə, Cill Bayden deyib ki, debatdan sonra yaxın dost hesab etdikləri şəxslərin mediada Co Bayden haqqında mənfi açıqlamalar verməsi onlar üçün çox ağrılı olub.
O, həmçinin qeyd edib ki, həyat yoldaşı yarışdan çəkilmək qərarını verəndə ona “Cilli, başqa seçimim yox idi” deyib.
Keçmiş birinci xanım oğlu Hunter Baydenın narkotik asılılığı ilə mübarizə apardığını da etiraf edərək, bunun ailələri üçün çətin dövr olduğunu bildirib.