CNN: Tramp İranla razılaşmanın yaxın olduğunu 37 dəfə bəyan edib

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs elan etməsindən və razılaşmanın yaxın olduğunu bildirməsindən sonra ötən iki ay ərzində bu mövzuda ən azı 37 dəfə açıqlama verib.

Sherg.az xəbər verir ki, bu barədə CNN-in hazırladığı təhlildə qeyd olunub.

Məlumata görə, Tramp Yaxın Şərqdəki gərginliyin həllinə dair vədlərini daha çox sosial şəbəkələrdə səsləndirib. Lakin sonrakı çıxışlarında müxtəlif səbəblər göstərərək sənədlərin imzalanmasının çətinləşdiyini bildirib.

CNN vurğulayır ki, Tramp atəşkəsdən əvvəl və sonra sosial media paylaşımlarında, ictimai çıxışlarında və jurnalistlərlə telefon danışıqlarında dəfələrlə İranla razılaşmanın yaxın olduğunu və ya Tehranın buna ciddi maraq göstərdiyini iddia edib.

Xatırladaq ki, Iran regionda uzunmüddətli və sabit sülhün əldə olunmasını, həmçinin dinc məqsədli nüvə proqramını davam etdirmək hüququnun tanınmasını tələb edir. ABŞ isə bu şərtləri qəbuledilməz hesab edir.