
Dəvətlər 4 dəfə artıb:Ruslar işləməyə daha çox Türkiyəyə üz tutur
Yusif Nəzərli
23:12 12.04.2023
Dünya
650
Belarusiyanın rus işçilərə marağının demək olar ki, sıfıra enməsi təəccüblüdür
“Son iki ildə hansı ölkələr rusları işləmək üçün dəvət ediblər. Azərbaycandan dəvət olmamasından daha çox əvvəlki illərə nisbətən ruslara Türkiyədən dəvətlərin sayının 4 dəfə artması maraqlıdır”. Bu məlumatı Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” Mərkəzinin direktoru Osman Gündüz sosial şəbəkədəki hesabında paylaşıb. Rusların işə dəvət infoqrafikasını da məlumata əlavə edib. Məlumatda rusların hansı ölkələrdən daha çox iş dəvəti aldıqları göstərilir.
Dəvət edən ölkələr sırasında MDB məkanından – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan da var, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də. Türkiyədən dəvətlərin sayının 4 dəfə artması nə dərəcədə maraq doğurursa, Rusiyann ən yaxın müttəfiqi Belarusiyanın rus işçilərə marağının demək olar ki, sıfıra enməsi də bir o qədər təəccüblüdür.

Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, ruslara Türkiyədən dəvətin 4 dəfə artmasının əsaslı səbəbləri var:
- Türkiyə iqtisadiyyatı son illərdə çox şaxələnib, genişlənib, iqtisadiyyatda nəzərəçarpan artım var. İstər yüksək texnologiyalar olsun, istər sənaye, kənd təsərrüfatı, maşınqayırma, energetika, o cümlədən turizm sektoru. İqtisadiyyatın bütün sahələri Türkiyədə inkişaf edir. Rusiyanın İP, texnologiya, maşınqayırma, energetika, turizm sahələri üzrə yetişmiş, dayanıqlı mütəxəssisləri var. Bu mütəxəssislərə ehtiyac var və onlar sərfəli təkliflərlə işə dəvət olunurlar və gedirlər. Burada söhbət beyin axınından gedir. ABŞ-nin özü bir vaxtlar məhz Rusiyadan gedən mütəxəssislər hesabına iqtisadiyyatın müxtəlif sahələrini inkişaf etdirdi. Yəni həqiqi, təcrübəli mütəxəssislərə həmişə hər yerdə ehtiyac var. Uzağa getməyək, “Akkuyu” atom elektrik stansiyasının tikintisiylə bağlı Türkiyə ilə Rusiya arasında əməkdaşlıq müqaviləsi var. Rusiya bu stansiyanın tikintisində iştirak edir. Ucuz işçi qüvvəsi tələbatı da var, həm də mütəxəssislərə tələbat var. Belarusiyaya gəlincə, bu ölkə Rusiya iqtisadiyyatından asılı vəziyyətdədir. Ruslar orada aşağı əməkhaqqı müqabilində çalışmaqda maraqlı deyillər. Baxmayaraq ki, Azərbaycanla bağlı statistik rəqəmlər verilməyib, bura da kifayət qədər rus mütəxəssislər gəlib və işləyirlər. Söhbət peşəkarların gəlişindən gedir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə