İran hakimiyyətinə ABŞ və İsrailin hərbi əməliyyatları başa çatdıqdan sonra ölkəni bərpa etmək üçün 20 il vaxt lazım olacaq.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, əgər ABŞ və İsrail hazırda hərbi əməliyyatları dayandırsalar, İranın ölkə olaraq bərpa olunması təxminən 20 il çəkə bilər.
“Əgər biz bu gün əməliyyatı dayandırsaydıq, onların ölkəni bərpa etməsi üçün 20 ilə yaxın vaxt lazım olardı və İran artıq heç vaxt əvvəlki kimi olmazdı”, – ABŞ prezidenti vurğulayıb.