Dünyanın ən təhlükəsiz şəhərləri açıqlandı
Yusif Nəzərli
08:26 21.02.2023
Dünya
437
Avstraliya və Yeni Zelandiya hər cür fəlakət zamanı yaşanıla biləcək ən təhlükəsiz ölkələrdir
Alimlər, baş verə biləcək təbii fəlakətlər, Yerə meteor düşməsi və ya nüvə silahı işə salınacağı təqdirdə ən təhlükəsiz ölkələr və şəhərlərin siyahısını tərtib edib. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, alimlər Yer planetində yaşanacaq hər cür təbii və ya texnogen fəlakətlər zamanı salamat qalacağı daha çox ehtimal edilən, insanların da rahat bir şəkildə uzun müddət sığına biləcəkləri əraziləri müəyyənləşdirib.
Təhlükəsiz ərazilər və şəhərlərin seçimi ərzaq ehtiyatı, iqlim şərtləri, yerli istehsal baxımından özünü təmin etmə gücünə uyğun aparılıb. “The Guardian”ın yazdığına görə, baş verə biləcək mümkün fəlakətlər zamanı ən təhlükəsiz ərazilərin müəyyənləşməsi üçün 38 ada ölkəsi ilə bağlı tədqiqat aparılıb. Nəticədə Avstraliya və Yeni Zelandiya hər cür fəlakət zamanı yaşana biləcək ən yaxşı ölkələr seçilib. Müəyyən edilib ki, Avstraliya ərzaq tədarükü baxımından 10 milyon insanı qida ilə təmin etməyə qadirdir.
“Wellington Otago” Universitetinin professoru Nik Vilson isə Yeni Zelandiyanın sahib olduğu məhsulların hətta ən dəhşətli fəlakətlərin baş verəcəyi halda cəmi 61 faiz azalacağını və bu halda da ölkənin öz vətəndaşlarını qida ilə təmin edə biləcəyini açıqlayıb. İslandiya, Solomon adaları, Vanuatu (Sakit Okeanın cənubunda dövlət) da təhlükəsiz və yaşana biləcək ölkələr sırasındadır. Bu ölkələr hətta Günəş şüalarının anidən azalacağı halda insanlar üçün yetərli miqdarda ərzaq istehsal edə biləcəklər. Bu ölkələrin qida sənayesi belə bir gücə malikdir. Qeyd edilir ki, alimlərin araşdırması “Risk Analysis” adlı elmi jurnalda dərc edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region