Dünyanın ən yaşlı və ən sürətli alpinistləri Everestdən təhlükəsiz şəkildə endi
Məlahət Rzayeva
13:05 30.05.2021
Dünya
919
Yer kürəsinin ən hündür dağ silsiləsi, Asiya qitəsində sıralanmış Himalay dağlarının hündür zirvəsi – Everest (Comolunqma) tarix boyu təkcə alpinistlərin deyil, sadə insanları da daim özünə cəlb edib. Lakin zirvəyə yetişmək çox az insana nəsib olur.
Amerikanın ən yaşlı alpinisti 75 yaşlı Artur Muir və dünyanın ən sürətli alpinist qadını – Tsang Yin-hung may ayının əvvəlində dırmandıqları Everest zirvəsindən bu günlərdə təhlükəsiz bir şəkildə eniş həyata keçiriblər.
“Sherg.az” “Milliyət.com”a istinadən xəbər verir ki, 75 yaşlı Artur Muir bununla 67 yaşlı alpinist Bill Burkerin bir vaxtlar əldə etdiyi rekordu təzələyb. Honq-Konqlu 45 yaşlı müəllimə Tsang Yin-hung isə Everest zirvəsinə 25 saat 50 dəqiqə ərzində dırmanaraq dünyanın ən sürətli qadın dağçısı” adını qazanıb. 75 yaşlı Artur Muir təqaüddə olan vəkildir. Dağçılığa gec başlasa da, bu işi sevdiyini deyir. Əvvəlki dırmanışları zamanı ayaq biləyini zədələsə də, zərvəyə doğru yürüməkdən vaz keçməyib. Nepalın paytaxtı Katmanduda media önünə çıxan A.Muir bu son macəra zamanı qorxduğunu, narahatlıq keçirdiyini də etiraf edib. Qadın dağçı isə 5 min 300 metrdə yerləşmiş əsas düşərgə ilə 8 min 849 metrlik zirvəyə yetişmək üçün sadəcə 2 dəfə dincəlib və dik məsafəni 25 saat 50 dəqiqəyə qət eidb. Hong-Konqlu müəllimə zirvəyə çatdığı üçün rahatlıq hiss etdiyini deyib və bildirib ki, məqsədi rekord əldə etmək deyildi, yoldaşlarına və şagirdlərinə bu işi bacardığını sübut etmək idi. Qeyd edək ki, Nepal höküməti alpinizmdən külli miqdarda gəlir əldə edir. Everest zirvəsi isə 1920-ci ildən bu günədək 200-dən çox alpinistə məzar olub...
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağızdakı metal dadın səbəbi
02:57 07.08.2026
Sağlamlıq
Qalibaf: ABŞ-nin İrana genişmiqyaslı hücumu gözlənilir
01:50 07.08.2026
Region
Matçı tam analiz edəcəyik - Qurban Qurbanov
01:23 07.08.2026
Futbol
Vatikanın diplomatik xidmətinin rəhbəri Moskvaya səfər edəcək
00:40 07.08.2026
Dünya
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə