
Düşmənlər eyni göyərtədə: Trampın Rusiyanın xeyrinə çağırışları Moskva üçün yeni ümidlər yaradıb
13:17 06.03.2025
Dünya
490
Rusiya Prezidenti Vladimir Putin ABŞ-a yeni səfir təyin edib.
Putin bu gün bu barədə fərman imzalayıb.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyevi ABŞ-a səfir təyin edib.
Qeyd edək ki, ABŞ tərəfi Aleksandr Darçiyevin Rusiyanın bu ölkədəki səfiri vəzifəsinə təyin olunmasına dair aqreman verib.
Darçiyev hazırda Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru vəzifəsində çalışır.
Politoloq Taleh Əliyev "Sherg.az"a söyləyib ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzərində təzyiqi və Rusiyanın xeyrinə sülh müqaviləsinin imzalanması istiqamətində çağırışları istər-istəməz Moskva üçün yeni ümidlər yaradıb:

"Bu kontekstdə Rusiya prezidenti Vladimir Putinin məlum fərmanı da eyni məqsədə xidmət edir və Kremlin Ukrayna məsələsində öz mövqeyini möhkəmləndirmək cəhdlərinin tərkib hissəsidir. Lakin ABŞ-ın gələcək siyasətinin istiqamətini müəyyən edən tərəf Rusiya olmayacaq. Burada əsas amillərdən biri Avropa dövlətlərinin Ukrayna məsələsində nə dərəcədə prinsipial mövqe sərgiləməsidir. Əgər Avropa ölkələri bu məsələdə birlik nümayiş etdirib, ABŞ-ın Rusiya siyasətinə təsir edə bilsələr, Kremlin gözləntiləri doğrulmaya bilər.
Bu baxımdan, Tramp administrasiyasının mövcud mövqeyi və Rusiyaya yönəlik sülh təşəbbüsləri hər nə qədər rezonans doğursa da, onların real nəticələrə gətirib çıxaracağı hələ də sual altındadır. Avropa və ABŞ-ın vahid mövqedən çıxış etməsi, Rusiyanın regionda planlaşdırdığı mümkün dəyişikliklərə mane ola bilər. Bu səbəbdən də hazırkı təşəbbüslərin Ukrayna böhranının əsas axarını köklü şəkildə dəyişəcəyini düşünmək hələlik çətindir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya