
Elxan Şahinoğlu: Netanyahu razılaşmayacaq
04:00 24.05.2024
Dünya
432
Ümid İsraili idarə edəcək gələcək liderlərədir
İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək
Üç Avropa ölkəsi Fələstini müstəqil dövlət kimi tanıdığını elan etmək niyyətindədir. İrlandiya, İspaniya və Norveç hökumətləri Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan edəcəklərini deyiblər. İsrail parlamenti isə Fələstin dövlətinin birtərəfli tanınmasını rədd edən qətnaməni təsdiqləyib. Fransa və ABŞ də Fələstini müstəqil dövlət kimi tanımaqdan imtina ediblər. Prezident Co Bayden Fələstin dövlətinin birtərəfli tanınma yolu ilə deyil, tərəflər arasında birbaşa danışıqlar yolu ilə yaradılmalı olduğunu bildirib.
Politoloq Elxan Şahinoğlu deyib ki, Avropanın 3 dövlətinin Fələstinin müstəqilliyini tanıması İsrail hökumətinin Qəzzada müharibə qərarına təsir edəcəyini söyləmək çətindir. Ekspertin sözlərinə görə, 1980-ci illərin sonlarından Fələstinin müstəqilliyini 140-a yaxın dövlət tanıyıb, ancaq bu tanınma Təl-Əvivin siyasətini dəyişdirməyib:
"İsrailin Baş naziri Benyamin Netanyahu xarici təzyiqdən çəkinmir, ona əsas təzyiq ölkənin içindəndir. İsrailin müdafiə naziri Yoav Qallant Benyamin Netanyahu ilə fikir ayrılığı içərisindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib. Müdafiə nazirinin məntiqi anlaşılandır. Benyamin Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra, fələstinlilər harada yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ burasındadır ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz, bu həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir".

Analitik düşünür ki, Qəzzanın gələcəyi ilə bağlı iki təklif mövcuddur:
"Birinci təklif bundan ibarətdir ki, Qəzza HƏMAS-ın rəqibi - Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin idarəetməsinə verilsin. Təl-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada HƏMAS-ın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. Vaxtilə HƏMAS silah yoluyla Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. HƏMAS bunu yenə təkrarlaya bilər. İkinci təklifi Ərəb Liqası irəli sürüb və bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəlli deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarəetmə kimin səlahiyyətində olacaq? Beləliklə, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb. İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Aydındır ki, qatı mühafizəkar siyasətçi olan Benyamin Netanyahu buna razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Təl-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm