“Ən nifrət edilən qadın” bəraət aldı
13:19 14.12.2023
Dünya
624
Dörd uşağını öldürməkdə günahlandırılan və 20 il həbsdə olan Ketlin Folbiqin illər sonra günahsız olduğu ortaya çıxıb.
"Sherg.az" xəbər verir ki, 2003-cü ildə Avstraliyada dörd uşağını öldürməkdə təqsirli bilinən Ketlin Folbiqin hökmü apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.
Cənubi Uels Cinayət Apellyasiya Məhkəməsinin baş hakimi Endryu Bell, Ketlin Folbiqin 4 övladını öldürməsinə görə verilən 30 illik həbs cəzasını ləğv edib.
Ştat hökumətinin "rekord" təzminat ödəməsi gözlənilir.
Məhkəmə zamanı uşaqlarının təbii səbəblərdən öldüyünə dair mövcud dəlillərin ya göz ardı edildiyini, ya da rədd edildiyini qeyd edən Folbigg, "Sistem uşaqların bəzən qəfil, gözlənilmədən və ürək ağrıdacaq şəkildə ölə biləcəyini qəbul etmək əvəzinə məni günahlandırmağa üstünlük verdi" dedi. “Demək olar ki, əsrin dörddə birində təhqirlərə məruz qaldım” deyən Folbigg, “Mən hər cür sui-istifadə hallarını yaşadım. Daim adımın burada hallanması üçün dua edirdim . "Ümid edirəm ki, heç kim mənim çəkdiyim ağrıları bir daha yaşamaz" dedi.
Qeyd edək ki, Folbiqin 1989-cu il təvəllüdlü ilk uşağı Kalebin 19 günlük ikinci uşağı Patrickin 8 aylıq, üçüncü uşağı Saranın 10 aylıq və dördüncü uşağı Laura 19 aylıq olarkən ölmüşdülər. Folbiggə qarşı irəli sürülən ilkin ittihamlarda qadının gündəliklərindəki qeydlər sübut kimi qiymətləndirilib və məhkumluqda köhnəlmiş bir qayda olan Meadow Qanunu nəzərə alınıb. Meadow Qanunu bir ailədə üç və ya daha çox qəfil körpə ölümünün əksi sübuta yetirilməyənə qədər qətl hesab edilməsini nəzərdə tuturdu.
2018-ci ildə Ketlinin hər iki qızının qəfil ölümünə səbəb ola biləcək nadir genetik xəstəliyə dair dəlillər aşkar edildi. Patrikin qəfil ölümünün əsas nörogenetik pozğunluqdan qaynaqlandığına dair ekspert dəlilləri prokurorların Folbiqqa qarşı iddiasını zəiflətdi.
56 yaşlı Folbiqin əfv edilməsini və bəraət almasını tövsiyə edən istintaq, 2021-ci ildə 90 elm adamı, tibb həkimi və bu sahədə çalışan peşəkarların imzaladığı ərizə ilə yeni qeydlərə əsaslanaraq uşaqların təbii səbəblərdən öldüyünü iddia edərək başladılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media