
Əraqçının açıqlaması Tehranın Avropa ilə anlaşmaq cəhdinin olmadığını deyir
11:45 29.08.2025
Dünya
353
Tehran Avropa və dünya ilə açıq müharibədənsə, danışıqların imitasiyası ilə məşğul olmalıdır
Qərb xoş niyyət göstərərsə, İran özünün nüvə proqramı ilə bağlı ədalətli danışıqları bərpa etməyə hazırdır.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa göndərdiyi məktubda yazıb.
"İran qarşı tərəflərin ciddilik və xoş niyyət göstərməsi, uğur şanslarına zərər verən hərəkətlərdən çəkinməsi şərti ilə ədalətli və balanslı diplomatik danışıqları bərpa etməyə hazırdır", - o bildirib.
Xatırladaq ki, İran və "Avropa Üçlüyü" nümayəndələrinin avqustun 26-da Cenevrədəki görüşü nəzərəçarpacaq irəliləyiş olmadan baş tutub.
Bu barədə "Axios"un jurnalisti Barak Devid "X" sosial şəbəkəsində yazıb.
"Axios"un fikrincə, irəliləyişin olmaması tələblərin avqustun 31-dək yerinə yetirilməyəcəyi təqdirdə Avropa ölkələrinin "Snapback" mexanizmini işə salması ehtimalını xeyli artırır.
"Snapback" 2015-ci il nüvə sazişinin bir hissəsi olan hüquqi mexanizmdir və sazişi pozarsa, BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarına səbəb olur.
Politoloq Taleh Əliyev Sherg.az-a deyib ki, İranın ali dini liderinin Cenevrədə Avropa dövlətləri ilə keçirilən görüşdən əvvəlki açıqlaması onu göstərir ki, Tehran danışıqlardan ciddi nəticə gözləmirdi:

"Lakin görüş başa çatdıqdan sonra İranın xarici işlər naziri səviyyəsində verilən bəyanatlar Tehranın Avropa və ümumiyyətlə dünya ilə anlaşmaq cəhdinin olmadığını deyir. İran tərəfi yaxşı anlayır ki, əgər əməkdaşlıq istiqamətində danışıqlar tamamilə dayandırılarsa, bunun ardınca İrana qarşı yeni sanksiyalar dalğası işə düşəcək. Bundan sonra isə İsrailin dəstəyi ilə İran müxalifətinin və ölkədəki milli azadlıq uğrunda mübarizə aparan xalqların yenidən aktivləşməsi mümkündür. Bu proseslərin davamı olaraq isə İrana qarşı hərbi əməliyyatların başlanması ehtimalı da istisna edilmir. Məhz buna görə də Tehran Avropa və dünya ilə açıq müharibədənsə, danışıqların imitasiyası ilə məşğul olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya
Mirzoyan: Azərbaycanla sülh var, Türkiyə ilə sərhəd açıla bilər
12:44 14.10.2026
Gündəm
Lavrov Azərbaycana gəlir
12:41 14.10.2026
Dünya
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət iddiasını rədd edib
12:29 14.10.2026
Gündəm
Britaniya Ukraynaya raket tədarükünü sürətləndirir
12:11 14.10.2026
Dünya
İranda 63 silahlı qarşıdurma: 94 nəfər öldü
11:38 14.10.2026
Dünya
Polşada ukraynalı qaçqınların sayı kəskin azalıb
11:37 14.10.2026
Dünya