Ermənistan, Türkmənistan və Azərbaycanı miqrasiya böhranı gözləyir - Yevgeni Sısoyev

Müstəqil Dövlətlər Birliyi Antiterror Mərkəzi rəhbəri general-polkovnik Yevgeni Sısoyev bildirib ki, Ermənistan, Türkmənistan və Azərbaycan Yaxın Şərqdəki vəziyyət səbəbindən miqrasiya böhranı riski ilə üzləşə bilər.

Onun sözlərinə görə, bölgədə gərginliyin artması genişmiqyaslı miqrasiya axınları və humanitar böhran üçün zəmin yaradır. Sherg.az xəbər verir ki, Sısoyev bu proseslərin Liviya və İraqda yaşanan böhranlara bənzər nəticələr doğura biləcəyini qeyd edib.

O həmçinin bildirib ki, MDB ölkələrinin təhlükəsizlik orqanları 2025-ci ildə 300-dən çox terror cəhdinin qarşısını alıb, 2,5 mindən çox terror və ekstremizm cinayətinin qarşısı alınaraq onlarla bağlı araşdırmalar aparılıb.

Rəsminin sözlərinə görə, yüzlərlə ekstremist şəbəkə, maliyyələşmə kanalları və radikal məzmun yayan informasiya resursları zərərsizləşdirilib, minlərlə şəxs isə cinayət məsuliyyətinə cəlb olunub.

Sısoyev vurğulayıb ki, təhlükəsizlik strukturları arasında əməkdaşlıq nəticəsində terror və ekstremizmə qarşı mübarizədə mühüm nəticələr əldə olunub.