
Eskalatorda nasazlıq oldu, prompter işləmədi: Trampa qarşı sabotajmı var?
09:30 24.09.2025
Dünya
439
BMT-nin Nyu-York şəhərindəki baş binasına gələn ABŞ Prezidenti Tramp, eskalator və çıxış mətni göstərilən teleprompterin sıradan çıxmasına əsəbiləşib. Bu nasazlıqların qəsdən edilib-edilmədiyi araşdırılır, Ağ Ev məsələni şübhə ilə izləyir.
Sherg.az xəbər verir ki, Prezidenti BMT binasında qarşılayan ilk “sürpriz” eskalatorun nasazlığı olub. Tramp və xanımı BMT-nin baş qərargahına girdikdən qısa müddət sonra eskalatora minib. Lakin eskalator demək olar ki, dərhal dayanıb. Tramp vəziyyəti idarə edərək xanımı ilə birlikdə dik pilləkənləri qalxıb. Bu nasazlıqla bağlı BMT açıqlamasında Trampın heyətindəki bir operatorun eskalatorun təhlükəsizlik mexanizmini işə sala biləcəyini bildirib.

Sonra Tramp BMT Baş Assambleyasında çıxışına başlayarkən teleprompterinin işləmədiyini söyləyib. Tramp burada da vəziyyəti idarə etməyə çalışaraq “Deyə biləcəyim yeganə şey budur ki, bu teleprompteri kim istifadə edirsə, böyük bəlaya düşüb” deyib. İzləyicilər Prezidentin bu yumşaq reaksiyasına gülərək cavab veriblər.
Tramp, BMT-dəki çıxışından əvvəl eskalatorların dayanması səbəbilə pilləkənləri piyada qalxıb. Prezident, çıxışının sonrakı hissələrində bu iki neqativ hadisəyə toxunaraq bunları Birləşmiş Millətlərin bacarıqsızlığının nümunəsi kimi təqdim edib. Tramp BMT-ni “boş sözlərdən” başqa bir şey təqdim etməməkdə günahlandırıb. O, reaksiyasını belə ifadə edib: “Birləşmiş Millətlərdən aldığım yeganə şey, yuxarı qalxarkən tam ortasında dayanan bir eskalatordur. Birinci Xanımın vəziyyəti yaxşı olmasaydı, yıxılardı. Birləşmiş Millətlərdən aldığım iki şey var: Pis bir eskalator və pis bir teleprompter.”
Normal şəraitdə Trampın istifadə edəcəyi eskalator və prompterin əvvəlcədən yoxlanılması lazım idi. ABŞ Prezidenti çox sərt protokol qaydaları çərçivəsində səfərlərini və çıxışlarını edir.
Ağ Evin mətbuat katibi Karolin Leavitt daha sonra X platformasında paylaşım edərək, “Əgər BMT-də biri Prezident və Birinci Xanım eskalatora mindiyi anda eskalatoru qəsdən dayandırıbsa, dərhal vəzifədən azad edilməli və araşdırılmalıdır” deyib.
Leavitt daha sonra "Fox News"a açıqlamasında Gizli Xidmətin məsələni araşdırdığını bildirib. O, "Fox News"un “Jesse Watters Primetime” proqramında “Bütün bunları bir yerə topladığınızda, mənə təsadüf kimi görünmür” deyib. Leavitt “Əgər bunların həqiqətən ABŞ Prezidentini və Birinci Xanımı tələyə salmaq istəyən BMT əməkdaşları olduğu müəyyənləşsə, onda həmin şəxslərdən hesabat sorulmalıdır” deyib.
Ağ Evin bu şübhəli yanaşmasına qarşı BMT hadisənin başqa səbəbi ola biləcəyini düşünür. BMT Baş katibi Antoniu Quterreşin sözçüsü Stefan Düjarik açıqlamasında, operatorun sistemi təsadüfən işə sala biləcəyini söyləyərək “Təhlükəsizlik mexanizmi insanların və ya əşyaların səhvən dişlilərə ilişib qalmasının və ya çəkilməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Operator yuxarıda izah olunan təhlükəsizlik funksiyasını bilmədən işə sala bilər” deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat