İstanbulda keçirilən əməliyyat zamanı barəsində “silahlı terror təşkilatına üzv olmaq” maddəsi ilə axtarış qərarı olan terror təşkilatının (FETÖ) başçısı Fəthullah Gülənin qardaşı oğlu Yasir Gülən saxlanılıb.
Teleqraf xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ilə koordinasiyalı şəkildə FETÖ üzrə axtarışda olan şəxslərin tutulması istiqamətində əməliyyat həyata keçirib.
Araşdırma zamanı “silahlı terror təşkilatına üzv olmaq” ittihamı ilə axtarılan Fəthullah Gülənin böyük qardaşı Salih Gülənin oğlu Yasir Gülənin İstanbulda olduğu müəyyən edilib. Şübhəli İstanbulun Ümraniyə rayonunda saxlanılıb.