Fransa, Almaniya və Britaniya Rusiyaya ballistik raket tədarükünə görə İrana sanksiyalar tətbiq edəcək
Fransa, Almaniya və Britaniya Rusiyaya ballistik raket tədarükünə görə İrana sanksiyalar tətbiq edəcək
13:57 10.09.2024
Dünya
577
Almaniya, Fransa və Böyük Britaniya (“Avropa üçlüyü”) hökumətləri Rusiyanın İrandan ballistik raketlər almasını kəskin şəkildə pisləyir.
APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən paylaşılan üç ölkənin birgə bəyanatında deyilir.
Bəyanatda qeyd edilib ki, bu addım həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir:
“Fransa, Almaniya və Böyük Britaniya hökumətləri Rusiyanın İrandan ballistik raketlər almasını kəskin şəkildə pisləyir. Bu, İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə hərbi dəstəyinin daha da artmasıdır və İran raketlərinin Avropa torpaqlarına çatması ilə Ukrayna xalqının əzabını artıracaq. Bu addım həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Avropa üçlüyü ölkələrinə özəl və açıq şəkildə aydın oldu ki, transferlər baş verərsə, İrana qarşı yeni və əhəmiyyətli tədbirlər görəcəyik. İndi İranın bu transferləri etdiyinə dair təsdiqimiz var. İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün təcili addımlar atacağıq. Bundan əlavə, biz İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya təhvil verilməsində iştirak edən mühüm qurum və şəxslərə sanksiyalar tətbiq edəcəyik. Biz həmçinin "Iran Air"ə qarşı sanksiyaların tətbiqi üzərində çalışacağıq.
Biz İranı Rusiyanın Ukraynaya qarşı müharibəsinə bütün dəstəyi dərhal dayandırmağa və onun ballistik raketlərinin hazırlanmasını və tədarükünü dayandırmağa çağırırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya
Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırladı
17:57 20.11.2026
Dünya
KİV: ABŞ və İsrail İrana hücumu nəzərdən keçirir
17:10 20.11.2026
Gündəm
Ermənistan Rusiyaya yeni səfir təyin etdi
16:52 20.11.2026
Gündəm
Xəzər çirkab sulardan əziyyət çəkir
16:14 20.11.2026
Ekologiya
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi
16:10 20.11.2026
Hadisə