Fransa Nigerə maliyyə yardımını dayandırdı:Borrelldən açıqlama
19:51 29.07.2023
Dünya
425
Fransa ordunun Nigerdə hakimiyyəti ələ keçirməsindən sonra bu ölkəyə maliyyə yardımını kəsdiyini açıqlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Niger prezidenti Mohamed Bazoum iyulun 26-da Prezident sarayında Mühafizə alayı tərəfindən saxlanılıb, bundan sonra ordu sözçüsü Amadou Abdramane milli kanalda çevriliş bəyanatını oxuyub. Ölkədəki hərbi çevrilişin lideri, Prezident Mühafizə Alayının komandiri general Abdurahmane Tchiani keçid hökumətinin başçısı olub.
Ordu Nigerdə hakimiyyəti ələ keçirdikdən sonra Fransadan reaksiya gəldi. Fransa Xarici İşlər Nazirliyi Nigerə bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırdığını açıqlayıb. Nazirlik demokratik yolla seçilmiş prezident Bazumun yenidən vəzifədə olduğu konstitusiya quruluşuna dərhal qayıtmağı tələb edib.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell verdiyi açıqlamada deyib ki, büdcə dəstəyinin dərhal kəsilməsinə əlavə olaraq (Nigerdə), təhlükəsizlik sahəsində bütün əməkdaşlıq tədbirləri qeyri-müəyyən müddətə dayandırılır.
Niger, Avropa Birliyinin Saharaaltı Afrika regionundan qeyri-qanuni miqrant axınının qarşısını almağa kömək edən əsas Afrika ölkələrindən biri kimi görülür. Nigerdə AB-nin hərbi təlim missiyası üçün az sayda əsgər var. Dünya Bankı bildirir ki, Niger hər il 2 milyard dollara yaxın inkişaf yardımı alan dünyanın ən kasıb ölkələrindən biridir. Aİ 2021-2024-cü illər arasında Nigerdə idarəetməni, təhsili və davamlı inkişafı təkmilləşdirmək üçün öz büdcəsindən 503 milyon avro ayırıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: İsrailin bu siyasəti Hitlerin siyasətindən fərqlənmir
23:07 10.04.2026
Dünya
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya