Fransada poçt sistemi çökdü

Fransada milli poçt xidməti və onun bank sistemi iflic olub.

Publika.az xəbər verir ki, buna səbəb güclü kiberhücumlardır.

DDoS tipli virtual hücum Milad bayramı ərəfəsində bağlamaların çatdırılmasında gecikmələrə, onlayn ödənişlərdə isə ciddi pozuntulara yol açıb.

"La Poste" kibermüdaxilənin müştəri məlumatlarına təsir göstərmədiyi bildirir. Şirkətin bank bölməsi olan “La Banque Postale”ın tətbiqindən isə istifadə etmək mümkün olmayıb.