“Güllü aş”ın” sirri: Krımdan gələrək Türkiyəyə yayıldı!
Yusif Nəzərli
07:39 05.04.2024
Dünya
601
1850-ci illərdə, Osmanlı-rus müharibələri zamanında Krımdan İstanbula Abdullah Əfəndi adında bir gənc gəlib. Abdullah Əfəndinin yolu Topqapı sarayında güllac (güllü aş) bişirən usta Bəkir Əfəndi ilə kəsişib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən Abdullah Əfəndinin sonrakı taleyini və güllü aşın türk mətbəxinin vazkeçilməzinə necə çevrildiyini təqdim edir. Bəkir Əfəndi bildiklərini Abdullaha öyrədir, onun bacarıqlara yiyələnməsinə vəsilə olur. Abdullah Əfəndi zaman keçdikcə bacarıqlı, əlindən dadlı nemətlər çıxan məşhur aşbaz olur. Və Osmanlı sarayının da güllac ustasına çevrilir. O dönəmlərdə sarayda güllac çox sevilirdi. Xalq arasında da bu nemət məşhurlaşıb və sevilib. Abdullah Əfəndi təkcə saray əhli üçün bu yeməyi hazırlamaqla kifayətlənmir, ətraf bölgələrə də onu yaymağa başlayır. Getdikcə ölkənin dörd bir yanında Abdullah Əfəndinin güllacı məşhurlaşır. Xalq isə güllacı daha çox Ramazan və digər bayramlarda süfrəyə gətirib. Bu yeməyin məhz Ramazanda süfrəyə gətirilməsi onun rahat həzm olunan, eyni zamanda tutumlu yemək olmasıyla bağlıdır. Oruc tutanlar imsaka, yaxud iftara güllac bişirirdilər. Yumşaq, dadlı yemək oruclu insanları rahatladırdı. Abdullah Əfəndi ilk dükanını 1900-cü ildə “Unçu Abdullah” adı ilə açıb. İşləri uğurlu olub. Lakin I Dünya müharibəsində Abdullah Əfəndi dəyirmanını, atları, əlindəki bütün ərzağı Milli Mücadiləyə verib. 2 övladı bu müharibədə şəhid olub. Yanında yeganə oğlu Saffət və həyat yoldaşı Haşimə xanım olub. Abdullah Əfəndi güllacın sirlərini oğluna öyrədib və 1927-ci ildə vəfat edib. Abdullah Əfəndinin oğlu Saffət Arsevən adıyla tanınıb və atasının məsləyini davam etdirib. Dükan açıb və o da atası kimi bu məsləyi öz övladlarına öyrədib. 40 il sonra güllaç mirasını oğulları İlhan və Yalçın Arseven davam etdirib. Hazırda güllaç markasının adı “Saffət Abdullah”dır. Nəvələr ata və babalarının adını yanaşı qoyub. 1980-ci illərdə dördüncü nəslin davamçıları iş başına gəlib. İndi güllac mirasını Gürsel və Ərdal Arsevən qardaşları davam etdirir. Əsas ərzağı süd və undan ibarət olan güllaç, adətə görə gümüş və ya mis qapaqlı qablarda, az miqdar gül suyu əlavə edilərək servis edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət