
Gürcüstan "altılıq platforma"da iştirak etmək istəyir
16:59 14.10.2023
Dünya
569
Amma bunun hansı şərtlər əsasında olacağı bir az müzakirə mövzusudur “Hadisələrin gedişi onu göstərir ki, dünyada baş verən proseslər daha çox əməkdaşlığı tələb edir”
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, İrəvan “3+3” formatında regional əməkdaşlıq platformasının iclaslarında iştirak etməyə hazırdır. Baş nazir xatırladıb ki, vaxtilə “3+3” formatında növbəti görüşün Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Qeyd edək ki, "3+3" formatına Azərbaycan, Ermənistan, İran, Rusiya, Gürcüstan və Türkiyə daxildir. Rusiya xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasındakı telefon danışığı zamanı da nazirlər Cənubi Qafqaz üzrə “3+3” formatı çərçivəsində birgə işlərin tezliklə bərpa olunmasının tərəfdarı olduqlarını bildiriblər. Türkiyə və Azərbaycan da elə ilk vaxtdan bu təşəbbüslə çıxış edir. Sadəcə, Gürcüstan və Rusiya arasında bu məsələdə anlaşılmazlıq gündəmə daşınır və hesab edilir ki, indiki məqamda Tbilisi hökuməti "altılıq platformada" iştiraka isti baxmır.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin direktoru, politoloq Samir Hümbətov "Sherg.az"a bildirib ki, elə bir situasiya yaranıb ki, beynəlxalq vəziyyətlə bağlı nəyin reallaşacağını, yaxud da reallaşmayacağını demək bir az çətindir. Analitik vurğulayıb ki, hadisələrin gedişi onu göstərir ki, dünyada baş verən proseslər daha çox əməkdaşlığı tələb edir:

"Gürcüstandakı hökumətin, yəni mövcud Qaribaşvili hökumətinin Rusiya ilə münasibətləri pis deyil. Rusiya ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını müəyyən mənada göstərirlər. Amma bunun gələcəkdə də davam etdiriləcəyi sual altındadır, çünki mövcud hökumətlə prezident arasında gərginlik var. Gərginlik ondan irəli gəlir ki, Salome Zurabaşvili daha çox qərbmeyilli insandır. Görünən odur ki, hökumət gərginliyin daha da artmasında maraqlı deyil. Amma ola bilsin, Qaribaşvili hökuməti "altılıq platforma"da iştirak etmək istəyir. Amma bunun hansı şərtlər əsasında olacağı bir az müzakirə mövzusudur. Ermənistan Baş naziri Nikol Paşinyanın isə açıqlamaları göstərir ki, İrəvan hökuməti bu platformada iştirakı maraqlarına uyğun sayır. Düzdür, Paşinyanın da sonadək danışıqlarda iştirakı şübhəlidir. Çünki ziddiyyətli şəxs olması tərəddüdlərə səbəb olur. Digər məsələ isə odur ki, Paşinyan Rusiyadan da qaçır. Sadəcə, Qarabağ məsələsi bitdiyi üçün Azərbaycanla fərqli platformalarda danışıqlarda maraqlı olduğunu göstərməyə çalışır. On görə də "3+3" platforması çərçivəsində aparılan müzakirələrə hazır olduğunu deyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət