Gürcüstanda İŞİD-in mövcudluğu yeni haldır
Yusif Nəzərli
14:43 19.05.2023
Dünya
562
Bu, terror qruplaşmasının fəaliyyət coğrafiyasını genişləndirdiyi anlamına gəlir
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) İŞİD terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib. Bildirilib ki, qurumun antiterror mərkəzinin məhkəmə qərarı əsasında 4 ayrı məkanda və eyni vaxtda həyata keçirdiyi əməliyyat nəticəsində 6 Gürcüstan vətəndaşı saxlanılıb. Saxlanılan şəxslərin terror qruplaşmasının nüfuzlu liderləri ilə əlaqələrinin olduğu və bir sıra ölkələrdə müxtəlif terror hücumları planlaşdırdıqları müəyyən edilib. Məlumata görə, əməliyyat zamanı terror qruplaşmasının simvolları, silah-sursat, partlayıcı maddələr və müxtəlif dəlillər ələ keçirilib.
Qeyd olunub ki, sözügedən əməliyyat zamanı ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətləri müəyyən edilib. Təhlükənin artması nəzərə alınaraq əldə edilən informasiya sürətlə tərəfdaş ölkələrlə paylaşılıb. Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə də İŞİD-ə qarşı əməliyyat keçirilmişdi. Diyarbəkir prokurorluğunda başladılan cinayət işi çərçivəsində 23 vilayətdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 74 şübhəli şəxs saxlanılmışdı. Hazırda saxlanılan şəxslər ətrafında istintaq hərəkətləri aparılır.
Politoloq Azər Qasımov "Şərq"ə açıqlamasında deyib ki, Türkiyə və Gürcüstanda siyasi sabitlikdə maraqlı olmayan qüvvələrin başında Amerika dayanır. Ekspertin fikrincə, Türkiyədə seçki marafonu fonunda İŞİD-in terror aktları planlaşdırması "hakimiyyətin zəifliyi" görüntüsü yaratmaq məqsədi güdür:
"Gürcüstanda isə rusmeylli hakimiyyətin eyni səbəblə ölkədaxili şəraitə nəzarət edə bilmədiyi mesajı verilmək istənilir. Görünən odur ki, hər iki ölkənin təhlükəsizlik orqanları buna imkan verməyib. Amma bu, hər şeyin bitdiyi anlamına gəlməz. Böyük ehtimalla, bu cəhdlər yenidən təkrarlana bilər. Rusiya ətrafında gərginlik yaratmaq ancaq Amerikaya sərf edə bilər. İŞİD-in Türkiyədə mövcudluğu qismən adi qarşılansa da, Gürcüstanda İŞİD-in mövcudluğu hesab edirəm ki, yeni haldır. Bu, İŞİD-in fəaliyyət coğrafiyasını genişləndirdiyi anlamına gəlir. Böyük ehtimaldır ki, Gürcüstanda ifşa edilən İŞİD Türkiyə kəşfiyyatı tərəfindən Gürcüstan DTX-sına xəbər edilib".
A.Qasımov vurğulayıb ki, Gürcüstanda İŞİD terror qruplaşmasının mövcudluğu yeni hal olsa da, orqda İranın formalaşdırdığı belə qrupların olma ehtimalı böyükdür:
"Onlar özlərini izləri azdırmaq üçün "İŞİD-çi" kimi göstərməyə çalışa bilərlər. Azərbaycanda da belə halların sosial mediada şahidi olmuşuq. İran tərəfdarları özlərini sünnü kimi göstərib, dini zəmində qarşıdurma yaratmaq istədiklərini müşahidə etmişik. Amma dilləri vərdiş etdiyi üçün görünüşdə sünni kimi görünsə də, danışıqda şiə terminologiyası ilə danışıblar ki, oyunu sezmək o dəqiqə mümkün olub. Hər versiya nəzərdən keçirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Son zəng” tədbirinin keçiriləcəyi tarix məlum olub
19:27 21.04.2026
Elm və Təhsil
CNN: Hörmüz boğazı ABŞ-İran danışıqlarının əsas mövzusu olacaq
19:04 21.04.2026
Dünya
Ukrayna "Drujba" neft kəmərinin təmirini başa çatdırıb
18:56 21.04.2026
Dünya
Putin sərhədyanı bölgələrdə vəziyyəti “çətin” adlandırıb
18:28 21.04.2026
Gündəm
İsmayıl Bəqai BƏƏ-də iranlıların həbsinə münasibət bildirib
18:10 21.04.2026
Dünya
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
18:03 21.04.2026
Region
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
17:46 21.04.2026
Gündəm
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə açıqlama
17:35 21.04.2026
Gündəm
Aprel ayının pensiya ödənişləri yekunlaşdı
17:16 21.04.2026
Sosial
Cevat Gök: Netanyahu faktoru sülhü poza bilər - ŞƏRH
17:14 21.04.2026
Gündəm
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb
17:06 21.04.2026
Hadisə
Tramp: İrana qarşı yeni zərbələrin endirilməsini gözləyirəm
17:05 21.04.2026
Gündəm