“SDQ/YPG-nin Suriya ordusuna inteqrasiyasl dinc yolla həyata keçirilməlidir”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“İnteqrasiya prosesi irəli aparılmalı, problemlər sülh yolu ilə həll olunmalıdır, yeni bir qarşıdurma olmamalıdır. YPG-nin bunu başa düşməsi lazımdır: heç bir ölkədə iki silahlı qrup ola bilməz”, - o bildirib.
Hakan Fidan federallaşma bəhanəsi ilə Suriyanın parçalanması səylərinə də diqqət çəkib:
“Federallaşma adı altında ölkəni parçalaya, “bütövlük gətiririk” iddiası ilə də insanları əzə bilməzsiniz. Hər kəsin özünü bərabər və azad hiss etdiyi bir cəmiyyət qurmaq mümkündür. Birləşmiş və bütöv bir Suriya vacibdir”.