Hakan Fidan Pakistanda səfərdədir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın paytaxtı İslamabada səfər edib.

Bu barədə Teleqraf Pakistanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Hakan Fidanı Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar qarşılayıb.

Səfər çərçivəsində tərəflər arasında ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər və aktual inkişaf tendensiyaları ətrafında geniş fikir mübadiləsi aparılacaq.