Hakan Fidan: SDQ-nin İsraillə əməkdaşlığı inteqrasiya prosesini uzadır

Suriya Demokratik Qüvvələrinin İsraillə əməkdaşlığı Suriya ordusuna inteqrasiya prosesini uzadır.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsad əş-Şeybani ilə birgə mətbuat konfransında deyib.

O SDQ-nin Suriya ordusuna inteqrasiya edilməli olduğunu vurğulayıb, lakin təəssüf ki, qruplaşmanın belə bir niyyətinin olmadığını dilə gətirib.

Qeyd edək ki, bu ilin 10 mart tarixində Suriya hökuməti ilə SQD arasında əldə olunan razılaşmaya əsasən, silahlı qruplaşma 2025-ci ilin sonuna kimi Suriya ordusuna inteqrasiya edilməli idi.