Hakan Fidan Sibiqa ilə Qara dənizin təhlükəsizliyini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət, həmçinin Qara dənizin təhlükəsizliyi ilə bağlı fikir mübadiləsi aparılıb.