Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqdə işgüzar səfərdədir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, Suriya Prezidenti Əhməd əş-Şaraa türkiyəli rəsmiləri qəbul edəcək.
Türkiyə və Suriya xarici işlər nazirlərinin yaxın saatlarda birgə mətbuat konfransı keçirəcəyi gözlənilir.