ABŞ müdafiə naziri Pit Heqset Avropanın müasir miqrasiya axınları ilə İkinci Dünya Müharibəsi zamanı Normandiyaya Müttəfiqlərin desant çıxarma tarixi arasında paralellər aparıb. O hesab edir ki, Avropa təhlükəli ideologiyalar tərəfindən işğal olunmuş vəziyyətdədir.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Müttəfiq qüvvələrinin Normandiyaya desant çıxarmasının 82-ci ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edən Heqset qeyd edib: "Müxtəlif təhlükəli ideologiyalar Avropa sahillərinə hücum edib. Söhbət dəniz yolu ilə miqrantların sığındığı İspaniya, İtaliya, Yunanıstan və Bolqarıstandan gedir. Təəssüf ki, bu gün Avropa sahilləri müxtəlif təhlükəli ideologiyaların hücumuna məruz qalır. Avropa paytaxtları bu işğalla bağlı tədbir görməsələr, sonra çox gec olacaq".