Heyranlarını pərişan etdi: “Ən cazibədar kişi” küçəyə pijama ilə çıxdı
Yusif Nəzərli
07:28 24.12.2023
Dünya
388
1970-ci illərdə ekranlarda ən çox baxılan “Zəngin və yoxsul” serialında canlandırdığı Tom Jordaç xarakteri ilə milyonların sevimlisinə çevrilmiş Hollivud “ulduzu” Nik Nolti küçəyə pijamayla çıxıb və videokameralara tuş gəlib. Onun bu halı heyranlarını pərişan edib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, tanınmış aktyor gənclik illərində vərdiş etdiyi mənfi alışqanlıqları səbəbindən ağır günlər yaşayır. Hollivud “ulduzu”nun son görüntüləri də ürək acıdandır. Nik Nolti “İncə qırmızı xətt”, “Böyük döyüş”, “Bella” seriallarında çəkilib. Aktyor Hollivud “ulduz”ları arasında ən bayağı, coşqun yaşayış tərzi ilə seçilib. 4 dəfə evlənib. 2 övladı var. Gənclik illərindən etibarən alkoqollu içkilərə meyl etməsi aktyorun nəinki şəxsi həyatını, səhhətini, eləcə də, zahiri görüntüsünü də mənfiyə dəyişib. Onu 2000-ci ildə bir aeroportda özünü bilməz halda yerdə uzanmış vəziyyətdə görüblər. Bu əcaib mənzərə görüntüyə alınıb yayıldıqdan sonra aktyor bir az özünə gəlib və müalicəyə başlayıb. Lakin yenə də mənfi alışqanlıqları “qalib gəlib”. Ötən günlərdə isə aktyor Malibudaki bir iş toplantısından çıxarkən kameralara tuş gəlib. Aktyorun əynində pijama olması isə keçmiş heyranlarını xəyal qırıqlığına uğradıb. Nik Nolti bundan əvvəl də bir neçə dəfə Los-Anceles küçələrində pijamayla gəzərkən görüntülənib. Aktyorun ətrafdakılara saymazyana yanaşması, insanları vecinə almaması da gözdən yayınmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm