Hindistanın şimalındakı Himaçal-Pradeş ştatında baş verən daş uçqunu nəticəsində azı 13 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.
Məlumata görə, içərisində 15 sərnişinin olduğu avtomobil dağın yamacından qopan qaya parçalarının altında qalıb. Nəticədə altı aylıq körpə də daxil olmaqla azı 13 nəfər həyatını itirib.
Ərazinin dağıntılardan təmizlənməsi və digər şəxslərin axtarışı üçün hadisə yerinə ağır texnika cəlb edilib.