Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttədə Durqa Puja festivalı zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər həyatını itirib, 25 nəfər yaralanıb.
Sherg.az xəbər verir ki, Hadisə festivalda minlərlə insanın iştirak etdiyi vaxt güclü yağışın başlaması nəticəsində baş verib. Kəlküttə polisi bildirib ki, yağışdan sonra festival ərazisinin girişində gözləyən izdiham içəri keçməyə çalışıb. Bir neçə nəfərin yerə yıxılması sıxlıq və basabas yaradıb.
Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib. O, ölənlərin yaxınlarına 2 min dollar, yaralananlara isə adambaşına 526 dollar maddi yardım göstəriləcəyini açıqlayıb.