Hörmüz boğazı yaxınlığında neft tankeri vurulub

Qətər Hörmüz boğazı yaxınlığında üzən "Ər-Rukeyyat" neft tankerinin vurulduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, şirkətin sözçüsü Məcid əl-Ənsarinin sözlərinə görə, gəmi Hörmüz boğazı yaxınlığında hədəfə alınıb.

"Bu, beynəlxalq naviqasiya və qlobal enerji təchizatının təhlükəsizliyinə qarşı qəbuledilməz bir hücum, . beynəlxalq hüququn ciddi və açıq şəkildə pozulmasıdır", - deyə sözçü bildirib.

Hücuma görə İranı günahlandıran Qətər sözçüsü bunları bildirib:

"Biz İran İslam Respublikasından regional təhlükəsizliyə təsir edən və ya beynəlxalq naviqasiyanı təhdid edən bütün hərəkətləri dərhal dayandırmasını, lokal maraqlar naminə qlobal enerji təchizatını və regional ölkələrin resurslarını təhlükəyə atmamağı tələb edirik. Biz İranı bu hücuma görə, hüquqi məsuliyyətə cəlb edilməsini istəyirik".

İran dövlət televiziyası adı açıqlanmayan mənbələrə istinadən bildirib ki, donanma Hörmüz boğazı yaxınlığından keçən və xəbərdarlıqlara məhəl qoymayan gəmiyə hücum edib.

"Qətərin "Ər-Rekayyat" gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazına gəlib və ərazidən keçməyi planlaşdırırdı, lakin təkrarlanan xəbərdarlıqlara məhəl qoymadığı üçün hədəfə alınıb" - İran tərəfi bəyan edib.