Husilərin zərbəsi nəticəsində Səudiyyə Ərəbistanında iki nəfər yaralanıb

Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Cizan bölgəsində Yəməndəki “Ənsar Allah” hərəkatının (husilər) atdığı mərminin düşməsi nəticəsində azı iki nəfər yaralanıb.

Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin rəsmi nümayəndəsi məlumat verib.

Bildirilib ki, sentyabrın 12-də Mülki Müdafiə Xidmətinə husilərin atdığı mərminin Cizan bölgəsinə düşməsi barədə məlumat daxil olub.

Hadisə nəticəsində iki nəfər yaralanıb. Mərminin düşməsi məscidə, bir sıra binalara və nəqliyyat vasitələrinə də maddi ziyan vurub.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin nümayəndəsi baş verənləri “beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirib.