
İngiltərədə 5 baş naziri devirən Larri pişik hələ də iş başındadır
Yusif Nəzərli
11:28 06.07.2024
Dünya
558
İngiltərədə baş nazirin iqamətgahında siçan ovlamaq üçün işə götürülən Larri adlı pişik vəzifədə olduğu müddətdə beş fərqli İngiltərə baş nazirini görüb.
Sherg.az xəbər verir ki, 2011-ci ildə canlı yayım zamanı evin qapısından siçanın keçdiyi görünəndən sonra Larri Londondakı Battersea Heyvanlar Qoruğundan vəzifəyə gətirilib.
2007-ci ildə anadan olan və 17-dən çox yaşı olduğu güman edilən Larri 10 ildən artıqdır ki, "Downing Street 10" ünvanında və onun ətrafında yaşayır.
Bəzən içəridə, bəzən də çöldə görünən Larri evin “siçan məsulu” kimi də tanınır.
Larri 1989-cu ildə Marqaret Tetçerin hakimiyyəti dövründə baş nazirin iqamətgahında gəzərkən himayəyə götürülən və 1997-ci ildə təqaüdə çıxan küçə pişiyi Humpreydən sonra bu vəzifəni tutan ilk pişikdir.
İngiltərədə keçirilən seçkilər nəticəsində baş nazir növbəti dəfə dəyişib.

Cümə günü Larri pişiyin son ev yoldaşı, İşçi Partiyasının lideri Keir Starmer seçkilərdə böyük qələbə qazanaraq vəzifəyə başladı.
Larrinin heç yerə getmədiyi aydın olsa da, tezliklə onun bir dostu da ola bilər: Starmerin JoJo adlı bir pişiyi var və o, küçədə məskunlaşdıqda ona qoşulacağı gözlənilir.
Baş nazirliyin rəsmi internet saytındakı pişiyi tanıdan rəsmi tərcümeyi-halına görə, Larri siçan tutmaq qabiliyyətinə görə seçilib.
Baş nazirin iqamətgahı və ofisinin tarixində ilk dəfə "Baş siçan ustası" adı verilən pişik də Larri olaraq qeyd edilib.
Siyasi analitiklər deyirlər ki, Larri baş nazirin ictimaiyyətlə ünsiyyətində mühüm rol oynayıb və 10 nömrəli Dauninqi ictimaiyyətə yaxınlaşdırıb.
İngiltərədə Keir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası 14 illik sağçı Mühafizəkarların hakimiyyətinə son qoyaraq ümumi seçkilərdə böyük qələbə qazanıb.
İngiltərənin yeni baş naziri olacağı dəqiq olan Starmer, qələbədən sonra verdiyi açıqlamada "Biz bunu bacardıq" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil
ATƏT tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayır - ŞƏRH
17:13 04.08.2026
Gündəm
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
17:03 04.08.2026
Region
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət