İnsanın başı meyitlərə köçürüləcək
İnsanın başı meyitlərə köçürüləcək
10:30 24.05.2024
Dünya
508
Süni intellekt əməliyyata hazırlaşır
Alimlər iflic keçirmiş və ya hər hansı xəstəliyi olan insanların başlarının meyitlərə transplantasiya ediləcəyini açıqlayıb. Bu əməliyyat süni intellect vasitəsilə həyata keçiriləcək.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, əməliyyatın icra olunacağı tarix də açıqlanıb. İtalyan cərrah Sergio Canavero 2010-cu ildə insan başının transplantasiyası barədə çox tez-tez danışıb, hətta iflic olan bir nəfərin əməliyyata razılıq verdiyini də deyib. Lakin həmin şəxs ölüm təhlükəsindən qorxaraq son anda əməliyyatdan imtina edib. Canavero isə iddiasında qalmaqdadır və müasir tibb elminin insanın bütövlükdə bədən nəqlinin mümkün hala gətirdiyi iddiasını müdafiə edir. Lakin bəzi cərrahlar, həkimlər bu fikrə şübhəli yanaşır, bunun mümkünsüz olduğunu isbatlamağa çalışırlar. Sergio Canavero bu fikirdədir ki, bütöv bədən nəqli iflic xəstələrinin ömrünü uzada bilər. “Əgər cəmiyyət buna qarşıdırsa, əməliyyatı icra etməyəcəyəm. Amma ABŞ, ya da Avropadakı insanların istəməməsi, bunun başqa bir ölkədə, başqa bir yerdə icra edilməyəcəyi anlamına da gəlmir. Doğru olanı etməyə çalışıram. Amma məsəl var, “Aya getmədən öncə, insanların arxanızdan gələcəyindən əmin olmalısınız”, deyən cərrah bu əməliyyatların süni intellekt vasitəsilə mümkün olacağını deyib. Nevrologiya və biomedikal mühəndisliyi üzrə tanınan “BrainBridge” şirkəti süni zəka və robot cərrahların yardımıyla baş nəqlinin gerçəkləşəcəyinə dair bir animasiya filmi yayımlayıb. Filmdə göstərilir ki, əməliyyat zamanı süni zəkadan və robot həkimlərdən istifadə olunacaq. Qarşıdakı 8 il ərzində bu əməliyyatı həyata keçirmək mümkün olacaq. Əməliyyatdan sonra estetik görünüşün qorunmasına da diqqət ediləcək, üz, saç dərisi nəqli də aparılacaq. “BrainBridge” şirkəti hazırda Elon Maskın “Neuralink” beyin çipinə bənzər beyin-bilgisayar araüzləri (BCI), robotlaşmış cərrahiyyə və sinir sistemi üzrə mütəxəssislər axtarışındadır. Şirkət altsheymer və parkinson xəstəliklərinin də süni zəkanın köməyi ilə robot həkimlər tərəfindən nəzarət altında saxlanılacağının mümkün olduğunu açıqlayıb. Qeyd edilir ki, dünyada ilk baş transplantasiyası sınağı 1954-cü ildə sovet cərrahı Vladimir Demixov tərəfindən icra edilib. Cərrah kiçik bir itin başını və ön ayaqlarını daha böyük bir itə nəql edib. Lakin bu it 2 il 6 ay yaşayıb. 1970-ci ildə isə ABŞ-də başın transplantasiyası əməliyyatı icra edilib. Həkimlər bir meymunun başını digər meymuna nəql edib, lakin ilik sümüklərini birləşdirə bilməyiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya
Sumqayıtda 41 yaşlı kişi üçüncü mərtəbədən yıxılaraq ölüb
19:42 25.09.2026
Hadisə
Tramp noyabrda Çində keçiriləcək APEC sammitində iştirak edəcək
19:40 25.09.2026
Dünya
Ermənistan bir geosiyasi mərkəzdən digərinə keçmir - ŞƏRH
19:35 25.09.2026
Gündəm
Səhər yeməyinin vaxtı ömür uzunluğuna təsir edir - Araşdırma
19:21 25.09.2026
Sağlamlıq