İran Hörmüz boğazının açılması üçün ABŞ-a yeddi şərt təqdim edib.
Sherg.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, İranın ali vəzifəli şəxsləri tərəfindən təsdiqlənən şərtlər yerinə yetirilməyənədək boğaz bağlı qalacaq.
Qeyd edək ki, sentyabrın 14-də Omanda İran, İraq və Fars körfəzi ölkələrinin iştirakı ilə Hörmüz boğazında ticarət gəmiləri üçün təhlükəsiz marşrutların müzakirə olunacağı görüş keçiriləcək.
Hörmüz boğazı qlobal enerji təchizatı üçün strateji əhəmiyyət daşıyır. Neft, neft məhsulları və mayeləşdirilmiş təbii qazın böyük həcmi bu marşrutdan daşınır.