İran nümayəndə heyəti İslamabadda Pakistan Baş naziri Şahbaz Şərif ilə görüş zamanı Tehranın ABŞ ilə danışıqlarla bağlı mövqeyini çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət televiziyası IRIB məlumat yayıb.
Kanal bildirib ki, İranın qırmızı xətlərinə Hörmüz boğazına nəzarət, təzminatın ödənilməsi, Tehranın dondurulmuş aktivlərinin açılması və bütün regionda atəşkəs daxildir.