İran və ABŞ nümayəndələri arasında İslamabad şəhərində danışıqların aprelin 11-də keçirilməsi gözlənilir.
Teleqraf xəbər verir ki, bu fikirləri "Al Mayadeen" telekanalı məlumat yayıb.
Bildirilib ki, görüş əvvəlcədən planlaşdırıldığı kimi cümə günü deyil, şənbə günü baş tutacaq.
Məlumata görə, İran nümayəndə heyətinə Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zolqədr, parlamentin sədri Məhəmməd Baqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi daxil olacaq.